<b>Tanınmış fizikin evinə basqın edən: <span style="color:red;">“Dovşan idim, içkidən sonra pələng oldum” </b>
13 mart 2019 15:53 (UTC +04:00)

Tanınmış fizikin evinə basqın edən: “Dovşan idim, içkidən sonra pələng oldum”

Adam öldürməyə cəhddə və quldurluqda təqsirləndirilən Bəkir Rüstəmbəyovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. 
 
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. 
 
Təqsirləndirilən şəxs ittiham üzrə özünü günahkar bilib. 
 
Sərbəst ifadəsində törətdiyi əməli etiraf edib: 
 
“Peşmanam, tövbəliyəm, bir də belə iş görməyəcəm. Zərərçəkmiş Çingiz Qacarın yanında işləmişəm, məni 8 il əvvəl işdən çıxardı. Bu da mənə çox təsir elədi. Hadisə günü 400 qram Şotlandiya viskisi içdim. Əvvəl dovşan idim, içkidən sonra pələng oldum”.
 
 
B.Rüstəmbəyov bildirib ki,  Çingiz Qacarın pulu olduğu üçün onlara gedib: 
 
“Hadisədən sonra isə qorxub, pulu da evdə qoyub qaçdım. Ən böyük günahım evdə xadimə işləyən Mətanət Hüseynovanı vurmağım olub. Yeni ildə hər ikisinə zəng edib, məni bağışlamalarını istədim". 
 
 
Qeyd edək ki, Bakı şəhər sakini B.Rüstəmbəyov tanışı Çingiz Qacarın paytaxtın Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, ev 14, mənzil 15 ünvanındakı evinə gələrək onun əmlakını ələ keçirmək istəyib. Bu məqsədlə o, özü ilə gətirdiyi çəkiclə Ç.Qacarın və evdə xadimə işləyən Mətanət Hüseynovanın baş nahiyəsinə zərbələr endirib və hər iki şəxsin salamlığına təhlükə yaradıb. 
 
İstintaq orqanı tərəfindən Bəkir Rüstəmbəyovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd etmə) və 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham elan edilib. 
 
Xatırladaq ki, B.Rüstəmbəyov daha əvvəl AMEA Fizika İnstitutunda elmi işçi, zərərçəkmiş Ç.Qacar isə rəhbər vəzifəsində çalışıb.
 
# 510
avatar

Oxşar yazılar