[b]Millimiz mundialda Hindistanla "sülh" bağladı[/b]
12 mart 2019 18:27 (UTC +04:00)

[b]Millimiz mundialda Hindistanla "sülh" bağladı[/b]

Qazaxıstanın paytaxtı Astanada keçirilən şahmat üzrə komandalararası dünya çempionatında növbəti turun matçları keçirilib. ONA-nın məlumatına görə, kişilərdən ibarət Azərbaycan yığması 7-ci oyun günündə Hindistanla qarşılaşıb.
 
Millimiz asiyalılarla 2:2 hesablı heç-heçə edib. Komandamızın heyətində Arkadi Naydiç, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abasov rəqibləri ilə “sülh” bağlayıblar. 
 
Turun digər matçlarının hamısı 2,5:1,5 hesabı ilə yekunlaşıb. Çin İsveçi, Qazaxıstan İranı, İngiltərə Misiri və Rusiya ABŞ-ı məğlub edib. 
 
Qeyd edək ki, sabah keçiriləcək VIII turda yığmamız İranla mübarizə aparacaq. Günün digər matçlarında İsveç - Rusiya, Hindistan – ABŞ, Misir – Qazaxıstan və Çin - İngiltərə cütləri üz-üzə gələcək. 
 
Dünya çempionatı
VII tur
12 mart
Azərbaycan - Hindistan – 2:2
Arkadi Naydiç - Baskaran Adhiban - 0,5:0,5
Qədir Hüseynov - Krişnan Saşikiran - 0,5:0,5
Eltac Səfərli - Surya Şexar Qanquli - 0,5:0,5
Nicat Abasov - Panayapan Seturaman - 0,5:0,5
 
Turnir cədvəli: Rusiya - 12 xal, İngiltərə - 11, Hindistan - 10, ABŞ, Çin - 8, Qazaxıstan - 6, İran, Azərbaycan - 5, İsveç - 4, Misir - 1.
# 628
avatar

Oxşar yazılar