<b>"Ağ çiçəyim" restoranının sahibinin işində jurnalistlərə<span style="color:red;"> QADAĞA </b>
12 mart 2019 13:47 (UTC +04:00)

"Ağ çiçəyim" restoranının sahibinin işində jurnalistlərə QADAĞA

Bakıda məşhur restoranın rəhbərinə qarşı dələduzluqda təqsirləndirilən İlqar Həsənlinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş "Ağ çiçəyim" restoranının sahibi Nadir Əhmədli çıxış edərək məhkəmədə jurnalistlərin iştirak etməsinə etiraz edib.

 

O,  KİV nümayəndələrinin iştirakı olmadan prosesin keçirilməsini xahiş edib..

 

Vəsatət təmin edilib. Jurnalistlər məhkəmə zalından çıxarılıb.

 

Qeyd edək ki, restoranlarda operator kimi çalışan İ.Həsənli "Ağ çiçəyim" restoranının sahibi Nadir Əhmədlinin etibarından sui-istifadə edərək, ona qarşı ümumilikdə 100 min manatdam artıq dələduzluq edib.

 

Belə ki, o, N.Əhmədlinin sahibi olduğu restoranından kran və digər avadanlıqları götürüb.

# 560
avatar

Səlcuq Elçin

Oxşar yazılar