Bakıda evə basqın edən quldurlar tutuldu
12 mart 2019 11:04 (UTC +04:00)

Bakıda evə basqın edən quldurlar tutuldu

Paytaxtın Nəsimi rayonu ərazisində quldurluq etmiş dəstənin digər üzvləri də polis əməkdaşları tərəfindən yaxalanıb. 
 
Bu barədə Lent.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.
 
Verilən məlumata görə, Nəsimi RPİ 20-ci Polis Bölməsi və Gəncə ŞBPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 8-də Nəsimi rayonu ərazisində kirayədə yaşayan Daşkəsən rayon sakini N.Tağıyevin evinə gəlib quldurluq yolu ilə oradan 1900 manat pul və avtomobil açarlarını aparmaqda şübhəli bilinən qrupun digər üzvləri - Tərtər rayon sakini E.Hüseynli və Gəncə şəhər sakini N.Cəfərova da müəyyən edilərək saxlanılıb.
# 377
avatar

Səlcuq Elçin

Oxşar yazılar