Elçin Əlibəylinin mediadan uzaq <span style="color:red;">YENİ İŞİ
11 mart 2019 12:17 (UTC +04:00)

Elçin Əlibəylinin mediadan uzaq YENİ İŞİ

Teleaparıcı, sənətşünas Elçin Əlibəylinin mediadan acıq edib getməsi ilə bağlı məlumatlar yayılıb. Bəziləri isə onun jurnalistikadan getməsini səhhətində yaranan problemlə bağlayır. Onun hansısa xəstəliyə tutulduğunu deyənlər də var.

Özü ilə əlaqə saxlayıb məlumat almaq istədik, telefonunu xanımı Dilruba Vaqifzadə qaldırdı. Xanımının dediyinə görə, Elçin Əlibəyli jurnalistikadan birdəfəlik getmir, televiziyadakı verilişini davam etdirməklə yanaşı, teleaparıcı mediadan tamam kənar yeni layihəyə start verir:

“Elçinin sosial şəbəkədə yazdığı status düzgün anlaşılmayıb. Yeni layihə ilə bağlı isə hələlik açıqlama vermək istəmirik. Tezliklə layihə işə başlayacaq, hamı bu barədə biləcək. Bir sözlə, Elçin Əlibəylinin  mediadan getməsi yalandır”.

Qeyd edək ki, Əlibəyli sosial şəbəkədə bunları yazmışdı: 
 
"Səhhətimlə əlaqədar olaraq KİV-dən uzaqlaşmaq qərarına gəldim. Zaman möhlət versə, bundan sonra fəaliyyətimi tamam başqa istiqamətdə davam etdirəcəyəm".
# 1549
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar