Ağır qəzada xəsarət alanların <span style="color:red;">ADLARI  - <span style="color:red;">YENİLƏNİB
10 mart 2019 15:01 (UTC +04:00)

Ağır qəzada xəsarət alanların ADLARI - YENİLƏNİB

Şəkidə baş verən yol qəzasında yaralanan 10 nəfərin şəxsiyyəti müəyyənləşib.
 
ONA-nın şimal-qərb bürosunun məlumatına görə, onlardan beş nəfərin müalicəsi Şəki Rayon Mərkəzi Xəstəxanasında (RMX) aparılır, daha beş nəfərin isə xəsarətləri yüngül olduğundan onlar müayinə olunduqdan və lazımı tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
 
Yaralananların əksəriyyəti Qaxdan Bakı istiqamətində hərəkətdə olan “Mercedes-Vito” markalı mikroavtobusun sərnişinlərdir.
 
Yaralılar bunlardır:
 
Qax şəhər sakini- 1987-ci il təvəllüdlü Aqşin Adil oğlu Əliyev- müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır. (“Mersedes-Vito” markalı, 99-RE- 416 dövlət qeydiyat nişanlı mikroavtobusun sürücüsü)
 
Qax rayon sakini – 1994-cü il təvəllüdlü Nailə Nəsib qızı Seyidova- müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır. Vəziyyəti ağır qiymətləndirilir.
 
Cəlilabad rayon sakini – 1993-cü il təvəllüdlü Fərid Zakir oğlu Səmədov- müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır. (Toyota-Prado markalı, 99-HD-777 dövlət nömrə nişanlı minik avtomobilinin sürücüsü)
 
Qax rayon sakini – 1995-ci il təvəllüdlü Elməddin İsrafil oğlu İsrafilov- müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır.
 
Bakı sakini – 1993-cü il təvəllüdlü Ülfət Qulam oğlu Məmmədli – müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır.
 
Qax rayon sakini – 1983-cü il təvəllüdlü Tural Abdulla oğlu Babayev- ambulator.
 
Qax rayon sakini – 1997-ci il təvəllüdlü Abdul Məcid oğlu Seydəliyev- ambulator.
 
Qax rayon sakini – 1987-ci il təvəllüdlü Neyman Nəriman oğlu Nurməmmədov- ambulator.
 
Qax rayon sakini – 2014-cü il təvəllüdlü Vüqar Emin oğlu Həzrətov- ambulator.
 
Bakı sakini - 1966-cı il təvəllüdlü İsa Bədrəddin oğlu Hacıyev- ambulator.
 
 
09:43
 
Şəkidə mikroavtobus və minik avtomobilinin toqquşması nəticəsində ikisi ağır olmaqla yeddi nəfər xəsarət alıb.
 
 
 
ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral avtomobil yolunun Şəki rayonu Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində baş verib.
 
“Mercedes-Benz Vito” markalı mikroavtobusla “Prado” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində ikisi ağır olmaqla, 7 nəfər xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
 
Tibb müəssisəsindən ONA-ya bildirilib ki, yaralılardan ikisinin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda yaralılara ilkin yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.
 
Faktla bağlı DİN-nin Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.
# 893
avatar

Oxşar yazılar