[b]Neçə ailə ipoteka krediti ilə ev alıb?[/b]
05 mart 2019 14:08 (UTC +04:00)

[b]Neçə ailə ipoteka krediti ilə ev alıb?[/b]

İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına 2018-ci il 31 dekabr tarixinə verilən ipoteka kreditlərinin həcmi 1,2 milyard manatı keçib.  
 
ONA-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
 
Sənəddə qeyd edilib ki, 25 200-dən çox ailə ipoteka krediti hesabına mənzil şəraitinin yaxşılaşdırılmasına nail olub. Bu kreditlərin 355,6 milyon manatdan çox hissəsi güzəştli kateqoriyalara aid şəxslərə verilmiş ipoteka kreditləri (7 min 449) təşkil edib. 
 
Hesabatda nəzərə çatdırılır ki, 2018-ci il ərzində müvəkkil banklar tərəfindən Fondun vəsaiti hesabına 272,8 milyon manat həcmində 3 min 959 ipoteka krediti verilib. Bundan  2 min 478 adi ipoteka krediti üzrə 195,9 milyon manat, 1211 güzəştli ipoteka kredit üzrə 76,9 milyon manat verilib. Verilmiş ipoteka kreditlərinin 3 min 566-ı (244,5 milyon manat)  Fond tərəfindən maliyyələşdirilib. 
 
Fond güzəştli mənzillərin satışının da dəstəkləyib, 2017-ci ildə dövlət büdcəsindən Fonda ayrılmış 50 milyon manatın 20 milyon manatının Mənzil İnşaatı Dövlət Agentliyinin agent bankları arasında bölgüsü təmin edilib və 2018-ci il sentyabrın 10-dan etibarən güzəştli mənzillərin ipoteka kreditləri vasitəsi ilə maliyyələşdirilməsinə başlanıb. 2018-ci il dekabrın 31-nə artın 217 şəxsə Agentliyin sərəncamında olan güzəştli mənzillərin alınması üçün 9,6 milyon manat məbləğində güzəştli, 13 şəxsə isə 450 min manat məbləğində adi ipoteka krediti verilib. 
 
Ümumilikdə, 2006-2018-ci illərdə Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 69,1 faizini gənclər və gənc ailələr təşkil edib, kreditlərin 23,7 faizi isə regionlara verilib. 
# 546
avatar

Oxşar yazılar