[b]Kimlər xidməti pasport ala bilər?[/b]
01 mart 2019 17:44 (UTC +04:00)

[b]Kimlər xidməti pasport ala bilər?[/b]

Prezident İlham Əliyev “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
 
ONA-nın məlumatına görə, fərmana əsasən, ləğv edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru və onun müavini siyahıdan çıxarılıb.
 
Dövlət Neft Fondunun İcraçı direktoru və onun müavini, İcraçı direktorun müşaviri, köməkçisi, İcraçı direktorun ofisinin, Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın Katibliyinin və digər struktur vahidlərinin (müdiriyyət, departament, şöbə) rəhbərləri və onların müavinləri xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısına daxil edlib.
# 944
avatar

Oxşar yazılar