<b>Flora Kərimovanın səhhəti ilə bağlı <span style="color:red;">SON XƏBƏR : "Qızım ağlaya-ağlaya..."</b>
26 fevral 2019 10:20 (UTC +04:00)

Flora Kərimovanın səhhəti ilə bağlı SON XƏBƏR: "Qızım ağlaya-ağlaya..."

Səhhətində problem yarandığı deyilən xalq artisti Flora Kərimovadan xəbər var.

Lent.az-a açıqlama verən 77 yaşlı sənətkar bildirib ki, ciddi problem yoxdur: “Saytlar mənə zəng etdi, danışmamaq üçün dedim ki, nasazam. Həqiqətən də qrip olmuşam. Hamı necə, mən də elə” deyən xalq artisti bildirib ki,  səhhəti saytlarda yazılan qədər pis deyil.

Kərimovanın sözlərinə görə, bu xəbər dərc olunandan sonra telefonları susmayıb:

“Dünəndən hamı zəng edir. Qızım ağlaya-ağlaya zəng etdi, daha sonra oğlum əlaqə saxladı. Onlara söylədim ki, imkan vermirsiniz, bir az nazlanam, görüm, məni necə istəyirlər. Qızıma və oğluma dedim ki, mama qurban, narahat olmayın, yaxşıyam. Elə də ciddi bir şey yoxdur. Mənə görə narahat olan, zəng edən insanların hər birinə də təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, ötən gün mətbuatda F.Kərimovanın səhhətinin pisləşməsi barədə xəbərlər dərc olunmuşdu. Məlumatda bildirilirdi ki, 77 yaşlı sənətçi günlərdir yüksək hərarətdən əziyyət çəkir. Bu səbəbdən o, bir neçə önəmli tədbirə qatıla bilməyib.

 

# 1092
avatar

Yalçın UĞUR

Oxşar yazılar