[b]Xəzəri çirkləndirən mənbələrin ADLARI AÇIQLANDI[/b]
25 fevral 2019 13:06 (UTC +04:00)

[b]Xəzəri çirkləndirən mənbələrin ADLARI AÇIQLANDI[/b]

"Bu gün Xəzər dənizini çirkləndirən, tənzimlənməyən axarlar mövcuddur. Bu axarlar vasitəsilə zərərli tullantılar təmizlənmədən dənizə axıdılır". Lent.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşı Mirsalam Qənbərov bildirib.

Onun sözlərinə görə, Xəzər dənizi ən çox təsərrüfat-məişət tullantı suları və neft-qaz hasilatında əmələ gələn lay suları ilə çirkləndirilir. Xəzəri lay suları ilə dənizi çirkləndirən obyektlər əsasən “Suraxanı Oil Company”, “Balakhanı Operating Ltd” əməliyyat şirkətləri və “Azgerneft” MMC-dir.

Qənbərov bildirib ki, əsasən kanalizasiya şəbəkəsi olmayan kənd və qəsəbələrdə formalaşan tullantı suları göllər və gölməçələr vasitəsilə dənizə axıdılır: "Belə çirkləndirmə mənbələrinin qarşısını almaq mümkündür. Misal üçün “Azneft” İstehsalat Birliyinin “Abşeronneft”, Bibiheybət, H.Z.Tağıyev, N.Nərimanov adına neft-qazçıxarma idarələrinin istehsalat sahələrində və Binəqədi Əməliyyat şirkətində əmələ gələn lay suları düzgün idarə olunur. Yəni bu gün sözügedən müəssisələrdən Xəzərə heç bir tullantı suyu axıdılmır. Deməli, digər çirkləndiricilər də istəsələr bunu edə bilərlər".

# 326
avatar

Oxşar yazılar