“Qarabağ” – “Kukesi” matçının hakimləri açıqlandı
27 iyul 2018 23:48 (UTC +04:00)

“Qarabağ” – “Kukesi” matçının hakimləri açıqlandı

UEFA Çempionlar Liqasının ikinci təsnifat məhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Kukesi” qarşılaşmasına hakim təyinatı açıqlanıb. Apasport.az saytının məlumatına görə, oyunu Slovakiyadan olan hakimlər briqadası idarə edəcəklər.

 

Görüşün baş hakimi Peter Kraloviç olacaq. Ona Miroslav Benko və Erik Wayss yardımçı olacaqlar. Ehtiyat hakim isə Patrik Hrcka təyin olunub.

 

Qeyd edək ki, “Qarabağ” – “Kukesi” matçı avqustun 1-də keçiriləcək və saat 21:00-da start götürəcək.

 

# 469
avatar

Oxşar yazılar