“Çelsi”nin yeni baş məşqçisi bilindi
14 iyul 2018 00:48 (UTC +04:00)

“Çelsi”nin yeni baş məşqçisi bilindi

Antonio Konte ilə yollarını ayıran “Çelsi”nin yeni baş məşqçisi müəyyənləşib.

 

Apasport.az-ın “Sky Sports”a istinadən məlumatına görə, gözlənildiyi kimi, Mauritsio Sarri Premyer Liqa təmsilçisinin “sükanı arxası”na gətirilib.

 

Bildirilir ki, Sarri 2 illik saziş bağlamaq üçün hazırda Londondadı. Müqavilədə sözləşmə müddətinin uzadılması bəndi də var. 59 yaşlı mütəxəssisin illik məvacibi 6 milyon avro təşkil edəcək. Onun köməkçisi isə “Çelsi”nin sabiq hücumçusu Canfranko Zola olacaq.

 

Qeyd edək ki, Mauritsio Sarri 2015-ci ildən bu yaya qədər “Napoli”ni çalışdırıb.

 

# 296
avatar

Oxşar yazılar