Траmp Şimali Koreyaya qarşı sanksiyaları uzatdı
22 iyun 2018 20:25 (UTC +04:00)

Траmp Şimali Koreyaya qarşı sanksiyaları uzatdı

ABŞ prezidenti Donald Tramp  Koreya Xalq Demokratik Respublikasına qarşı sanksiyaların müddətini daha 1 il uzadıb.

 

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin mətbuat xidmətinin açıqlamasında bildirilir.

 

Məlumata görə, ABŞ-ın 2008-2016-cı illərdə rəsmi Pxenyana qarşı tətbiq etdiyi bir sıra sanksiyaların müddəti uzadılacaq.

 

Şimali Koreyanın təhlükəli fəaliyyətləri arasında radioaktiv materialların yayılması riski, Koreya yarımadasında vəziyyətin gərginləşdirilməsi və hökumətin apardığı siyasət var.

 

# 394
avatar

Oxşar yazılar