<b>Tanınmış meyxanaçı "Maşın"dan əlini çəkdi - <span style="color:red;">VİDEO</b>
31 may 2018 11:11 (UTC +04:00)

Tanınmış meyxanaçı "Maşın"dan əlini çəkdi - VİDEO

"Maşın" şounun ilk buraxılış günü geridə qalıb. Lent.az-ın məlumatına görə, yarışın növbəti günündə səs verməyə müğənni Roza Zərgərli çıxarılıb.


R.Zərgərli 57,72 faiz səs yığaraq verilişdə qalıb. Lakin proqramın gedişatında meyxanaçı Ələkbər Quliyev səhvən əlini maşından götürüb. Bu an isə videoda əks olunub. Aparıcı Murad Dadaşov isə bu səbəbə görə meyxanaçını oyundan uzaqlaşdırıb. R.Zərgərli isə verilişdən meyxançının getdiyini görüb və növbəti iştirakçını oyundan uzaqlaşdırmayıb.



Hazırda şouda mübarizəni aparıcılar Mətanət Əliverdiyeva, Günel Hümmətova, Azər Axşam, Fira Cəlilova, İlhamə Bədəlova, aktyor-müğənni Cavid Novruz, blogger Hüseyn Əzizoğlu, əməkdar artistlər Abbas Bağırov, Rühəngiz Musəvi, müğənni Roza Zərgərli, Əli Mirəliyev, Rahidə Baxışova, reper Qurd, Uran, aktrisa Pərvin Abıyeva davam etdirir.

 

# 432
avatar

Yalçın UĞUR

Oxşar yazılar