<b>Rövnəq Abdullayev: "Bütün diqqət Ukraynaya yönələcək"</b>
27 may 2018 06:20 (UTC +04:00)

Rövnəq Abdullayev: "Bütün diqqət Ukraynaya yönələcək"

Ukraynanın Prezidenti Petro Poroşenko və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Kiyevdə Ukraynaya yüksəkkeyfiyyətli aviasiya yanacağının tədarükü və enerji sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
 
 
AZƏRTAC Ukrayna Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə SOCAR-ın “Türk layihələri”, Ukraynanın bu layihələrə daxil olması və Ukrayna dövlətinin neft emalı kompleksinin inkişaf perspektivləri barədə müzakirələr aparıblar.
 
 
“Növbəti il, Türkiyədəki strateji layihələr başa çatandan sonra bütün diqqət Ukraynaya yönələcək, çünki burada inkişaf çox uğurludur. Ukraynada biznesin inkişafı üçün yaxşı imkanlar yaranıb”, - deyə SOCAR prezidenti bildirib.
 
 
Görüşdə, həmçinin Ukraynanın şəhərlərinə yüksəkkeyfiyyətli aviasiya yanacağının tədarükü məsələsi müzakirə edilib.
# 337
avatar

Oxşar yazılar