[b]WTI neftinin qiyməti 2014-cü ildən etibarən ilk dəfə 72 dolları ötdü[/b]
22 may 2018 02:18 (UTC +04:00)

[b]WTI neftinin qiyməti 2014-cü ildən etibarən ilk dəfə 72 dolları ötdü[/b]

Dünya birjalarında neft bahalaşmaqdadır.

 

APA-nın məlumatına görə,  Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1,13% artaraq 72,41 dollar olub.

 

Beləliklə, WTI  markalı neftin 1 barelinin qiyməti 2014- cü ildən etibarən ilk dəfə olaraq 72 dolları ötüb.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,9% artaraq 79,22 dollar olub.

 

# 289
avatar

Oxşar yazılar