Dünya Bankı: Azərbaycanda inflyasiya azalacaq
08 may 2018 16:14 (UTC +04:00)

Dünya Bankı: Azərbaycanda inflyasiya azalacaq

Dünya Bankı Azərbaycanda 2018-2020-ci illər üçün inflyasiya ilə bağlı proqnozunu açıqlayıb.

 

APA-Economics”ın məlumatına görə, Dünya Bankının “Kriptovalyutalar və Blokçeyn texnologiyaları: Avropa və Mərkəzi Asiya Regionu üzrə İqtisadi Məruzə (Cryptocurrencies and Blockchain: Europe and Central Asia Economic Update)” adlı yeni hesabatında qeyd olunub ki, bu il Azərbaycanda inflyasiya 6,4% təşkil edəcək.

 

"2019-cu ildə Azərbaycanda qiymət artımı 4,2%, 2020-ci ildə isə 3,9% olacaq", - deyə hesabatda vurğulanıb.

# 469
avatar

APA Baycan

Oxşar yazılar