<b>Bu il əcnəbilər Azərbaycanda nə qədər pul xərcləyib?</b> - <span style="color:red;">RƏSMİ
27 aprel 2018 15:30 (UTC +04:00)

Bu il əcnəbilər Azərbaycanda nə qədər pul xərcləyib? - RƏSMİ

 
2018-ci ilin I rübündə Azərbaycana dünyanın 151 ölkəsindən 629,4 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
 
 
 
"APA-Economics"in məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2018-ci ilin aprel ayı üçün sayında qeyd olunub ki, 2018-ci ilin mart ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların 105,8 mln. manat təşkil edib və ötən ilin mart ayı ilə müqayisədə 16% artıb.
 
 
 
Ümumiyyətlə, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 18% artaraq 296,7 mln. manat təşkil edib.
# 294
avatar

APA Baycan

Oxşar yazılar