Moskvadan Lənkərana aviareys açılır
03 aprel 2018 10:58 (UTC +04:00)

Moskvadan Lənkərana aviareys açılır

İyunun 8-dən etibarən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Moskva-Lənkəran-Moskva marşrutu üzrə birbaşa reysləri açılacaq.

 

AZAL-dan "APA-Economics"ə verilən məlumata görə, reyslər “Airbus A320” təyyarələri ilə hər həftə cümə günləri yerinə yetiriləcək.

 

“Vnukovo” Beynəlxalq Aeroportundan (VKO) uçuş yerli vaxtla saat 10:00-da, Lənkəran Beynəlxalq Aeroportuna eniş yerli vaxtla saat 14:10-da baş tutacaq. Lənkərandan uçuş  yerli vaxtla saat 15:40-da, Moskvaya eniş yerli vaxtla saat 17:50-də olacaq.

# 413
avatar

APA Baycan

Oxşar yazılar