[b]Kemerovonın qubernatoru istefa verdi[/b]
01 aprel 2018 10:54 (UTC +04:00)

[b]Kemerovonın qubernatoru istefa verdi[/b]

Ticarət mərkəzində baş vermiş dəhşətli yanğının çoxsaylı insan tələfatı ilə nəticələnməsindən sonra Rusiyanın Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev istefa verib. Lent.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o istefa ərizəsini bazar günü prezident Vladimir Putinə təqdim edib. 

 

Qeyd edək ki, hadisədən sonra A.Tulayev üzərində böyük təzyiq yaranmışdı.

 

Martın 25-də Kemerovodakı "Qış albalısı" ticarət mərkəzində baş vermiş yanğın nəticəsində  41-i uşaq olmaqla, 64 nəfər həyatını itirib.

 

# 399
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar