[b]Qubalı milyarderlərin obyektində 50 nəfər saxlanıldı[/b]
21 sentyabr 2017 11:10 (UTC +04:00)

[b]Qubalı milyarderlərin obyektində 50 nəfər saxlanıldı[/b]

Moskva polisi aralarında azərbaycanlıların da olduğu miqrantların kütləvi davasının qarşısını alıb. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Rusiya paytaxtında yerləşən “Moskva” Ticarət Kompleksində 100-dək miqrant münasibətlərini aydınlaşdırmaq üçün davaya hazırlaşırmış.

 Amma polis dərhal hadisə yerinə gələrək davanın baş tutmasına imkan verməyib. Bununla belə, əllidən çox miqrant polis şöbəsinə aparılıb. Xatırladaq ki, adı çəkilən ticarət kompleksi əslən Quba rayonundan olan oliqarxlar, Qod Nisanov və Zarah İliyevə məxsusdur.

# 110
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar