[b]Rusiyada iki uşağını qaçıran azərbaycanlı ata tapıldı: "Onları qaytaracam" - YENİLƏNİB[/b]
26 avqust 2017 13:37 (UTC +04:00)

[b]Rusiyada iki uşağını qaçıran azərbaycanlı ata tapıldı: "Onları qaytaracam" - YENİLƏNİB[/b]

Rusiyada iki uşağını həyat yoldaşından gizlicə ölkədən çıxaran azərbaycanlı kişi uşaqları analarına qaytarmaq qərarına gəlib. 

 

Bu barədə Lent.az-a danışan Yelena Lenskaya-Abduyeva bildirib ki, hazırda Dərbəndə gedir: "Biz Turalla danışdıq. Dərbənddə məni gözləyir. Ora gedirəm. Uşaqlarımı mənə verəcək və özü Azərbaycana gedəcək". 

 

**
 
22 avqust
 
“Rusiya Federasiyası ərazisində axtarış verilib. Amma hələ də bir xəbər yoxdur. O, uşaqları ölkə ərazisindən çıxara bilməz. Çünki uşaqlarımın sənədi evdə qalıb. Maşını sürmək üçün isə sürücülük vəsiqəsi yoxdur. Amma 3 gündür nə ondan, nə də uşaqlardan bir xəbər var”. 
 
 
Bu barədə Lent.az-a bir qədər əvvəl azərbaycanlı əri tərəfindən uşaqları qaçırılan Rusiyanın Ufa şəhər sakini Yelena Lenskaya-Abduyeva bildirib. Yelena xanımın dediyinə görə, o, əri Tural Abduyevlə səkkiz il əvvəl tanış olub. Bir-birini sevib evləniblər. Qarşılıqlı nikahdan Ruslan və Aişə adlı övladları dünyaya gəlib. Ruslanın 3, Aişənin 4 yaşı var. 
 
 
“Mən 10 gün əvvəl məhkəməyə müraciət edərək boşanmaq istədiyimi bildirdim. Tural isə dedi ki, uşaqları mənə verməyəcək. Ayın 20-i gecə evə qayıdanda gördüm ki, nə uşaqlar var, nə Tural. Bir qədər sonra məlum oldu ki, mənə məxsus “VAZ 2114” markalı maşın da qarajda yoxdur. Evdəki pulları da götürüb yoxa çıxıblar. Axtarış verilib, amma hələ bir xəbər yoxdur”.
 
 
Xanım Lenskaya-Abduyeva onu da bildirib ki, böyük ehtimalla Tural uşaqları Azərbaycana keçirəcək. 
 
 
“Tural Azərbaycanının Şəki rayonundandır. Bəzi məlumatlara görə, o, uşaqları Dağıstana apar bilər. Oradan isə Şəkiyə keçirər. Biz bundan narahatıq. Mən uşaqlarımın geri qaytarılmasını istəyirəm” , deyə Yelena xanım bildirib.
 
 
Mövzunu diqqətdə saxlayacağıq. 
# 192
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar