<span style="color:red;">Bakıda möcüzə kimi olay:  Özünü 8-ci mərtəbədən atdı, sağ qaldı - <span style="color:red;">YENİLƏNİB
21 fevral 2016 16:09 (UTC +04:00)

Bakıda möcüzə kimi olay: Özünü 8-ci mərtəbədən atdı, sağ qaldı - YENİLƏNİB

Dünən Bakı şəhəri Suraxanı rayon Yeni Günəşli qəsəbəsində özünü doqquzmərtəbəli binadan atan 22 yaşlı Orxan Vahabzadənin vəziyyəti stabilləşib. Lent.az-ın məlumatına görə, 3 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən gənc oğlanın həyatı üçün təhlükə qalmayıb.

 

O.Vahabzadənin yaxınları Lent.az-a bildiriblər ki, o, özünü qeyd edildiyi kimi 7-ci mərtəbədən deyil, 8-ci mərtəbədən atıb. Orxanın sağ qalmasını möcüzə kimi dəyərləndirən yaxınları əlavə ediblər ki, hadisə vaxtı evdə kimsə olmayıb. Həmçinin bildirilib ki, 22 yaşlı oğlan ağır xəstəlikdən əziyyət çəkir.

 

O.Vahabzadənin təxminən 30 metr hündürlükdən özünü atsa da, sağ qalmasına gəlincə, bildirilib ki, o, yağışdan sonra xeyli yumşalmış torpağın üstünə düşüb. Məhz bu səbəbdən də sınıq xəsarəti almadan xilas ola bilib.

 

 

xxxxx

 

10:45

 

Bakıda 22 yaşlı gənc özünü hündürlükdən ataraq intihara cəhd edib. Lent.az-ın məlumatına görə, hadisə fevralın 20-də Günəşli qəsəbəsində baş verib. Özünü qəsəbədəki doqquzmərtəbəli binalardan birinin 7-ci mərtəbəsindən atan 1994-cü il təvəllüdlü Vahabzadə Orxan Azad oğlu xoşbəxtlikdən sağ qalıb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

 

Bildirilir ki, müayinə zamanı özünü 7-ci mərtəbədən atan gəncin bədənində sınıq aşkarlanmayıb. Ona bədənin müxtəlif nahiyyələrinin əzilməsi və küt zədələnmə diaqnozu qoyulub.

 

Yaxınlarının bildirdiyinə görə, O.Vahabzadə bir müddətdir ki, xəstəlikdən əziyyət çəkir və bu səbəbdən həyatına son qoymaq istəyib.

 

Faktla bağlı araşdırma aparılır.

# 538
avatar

Nizam Rza

Oxşar yazılar