Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 11 Fevral
11 fevral 2016 20:15 (UTC +04:00)

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 11 Fevral

GÜNÜN ŞƏRHİ
 
Suriyada Əsəd və postəsəd dövründə söz sahibi olmaq... İŞİD faktorunu aradan qaldırmaqla terrorçuların nə zamansa Rusiyaya dönüşü təhlükəsini önləmək... Kremlin Suriyada hərbi iştirakından qazandığı dividentlər təkcə bu deyil... Türkiyə kimi önəmli iqtisadi və siyasi tərəfdaşla münasibətləri pozmaq... Onsuz da iflic vəziyyətində olan büdcəni Suriyada hərbi əməliyyatlar hesabına daha da yükləmək... Suriya faktoruna görə OPEK üzvləri ilə bütün körpüləri yandırmaq... Kremlin Suriyada hərbi əməliyyatlara görə itirdikləri təkcə bu deyil... Tərəzinin itkilər gözü daha ağır gəlir... Ən böyük itki isə Yaxın Şərq burulğanına düşməkdir, bu burulğandan çıxmaq indiki halda mümkün görünmür, gələcəkdə isə burulğan Rusiyanı suyun dibinə çəkə bilər... İŞİD-ə qarşı mübarizəni xristian dünyasının radikal islamçılığa qarşı mübarizəsi kimi qələmə verməklə Qərb ictimai rəyində özünə xal qazanmaq, Suriyadan Avropaya miqrant axının dolayı yolla sürətləndirmək, az qala bütün dövlətlərə, sağa-sola ittiham yağdırmaq... Bunlar Rusiyanın su üzündə qalmaq cəhdləridir... Kremli su üzündə saxlaya biləcək əsas faktor neftin bahalaşması və Avropa dövlətləri arasında konsolidasiyanın pozulması ola bilər... Birinci hələlik real görünmür, ikinci nəzəri baxımdan mümkün sayılmasa da, Kremlə yumşaq münasibətlə bağlı bəzi işartılar sezilir... Sorosun və ümumiyyətlə Rusiyanın çökdürülməsi  planının tərəfdarlarını da narahat edən budur. Onlar Avropa ölkələrinin Kremllə əməkdaşlığa can atmasını Rusiya üçün nəfəslik hesab edir və nəfəsliyi bağlamaq üçün bu dövlətləri Kremllə əməkdaşlığın perspektivi olmadığına inandırmağa çalışırlar... 
 
Vüqar MƏSİMOĞLU

# 211
avatar

Oxşar yazılar