Sənaye və energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə quran Safura Əliyeva özünə yeni biznes qurub. Lent.az-ın 1news.az-a istinadən verdiyi xəbərə görə, “Eurovision” təmsilçimiz olan ifaçı İstanbulda gözəllik salonu açıb.
Xatırladaq ki, Safura, həmçinin İstanbulda rəssamlıq qalereyasına rəhbərlik edir.
Qeyd edək ki, 2013-cü ildə nazir oğlu Fərhad Əliyevlə ailə quran S.Əliyeva İstanbulda yaşayır. Cütlüyün İsgəndər adlı oğlu var.