“Günəşli” yatağında yeni quyu istismara verilib
14 yanvar 2016 14:36 (UTC +04:00)

“Günəşli” yatağında yeni quyu istismara verilib

 

“Günəşli” yatağında yeni quyu istismara verilib.

 

SOCAR-dan Lent.az-a verilən məlumata görə, “Günəşli” yatağındakı 19 nömrəli dərin dəniz özülündən qazılmış 28 nömrəli quyu istismara verilib.

 

Quyu məhsuldar qat çöküntülərinin Fasilə Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 2674-2658 metr intervaldan sutkalıq 110 ton neft və 20 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

 

Quyuda istismar işləri “Azneft” İB-nin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir. 

 

# 399
avatar

Oxşar yazılar