Futbol klubu 3-cü qardaşı da transfer etdi
01 aprel 2015 12:48 (UTC +04:00)

Futbol klubu 3-cü qardaşı da transfer etdi

 

İsveçin “Kalmar” klubu maraqlı transfer həyata keçirib.

 

Lent.az-ın məlumatına görə, isveçlilər “Alkmar”ın futbolçusu Viktor Elmi heyətlərinə qatıblar. Maraqlısı budur ki, Viktor “Kalmar”da Elm soyadı ilə çıxış edəcək 3-cü futbolçu olacaq. Onun qardaşları Rasmus və David də bu klubun üzvləridirlər. David 2013-cü ildən “Kalmar”ın formasını geyindiyi halda, Rasmus bir neçə həftə öncə adıçəkilən kluba qayıdıb. Elə yeni transfer Viktor Elm də “Kalmar”ın öz yetirməsidi. Bu “trio” əvvəl də birlikdə “Kalmar”ın şərəfini qoruyub. Adıçəkilən klub məhz həmin dövrdə, daha dəqiq desək, 2008-ci ildə tarixində yeganə İsveç çempionluğunu əldə edib.

# 160
avatar

Tengiz Məmmədov

Oxşar yazılar