Suriya müxalifəti ballistik raketlər ələ keçirib - VİDEO
19 fevral 2013 11:17 (UTC +04:00)

Suriya müxalifəti ballistik raketlər ələ keçirib - VİDEO

Müxalif Suriya Azadlıq Ordusu Daraa şəhəri yaxınlığındakı raket bazasını ələ keçirib.

 

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, müxaliflər sosial şəbəkələrə ələ keçirdikləri hərbi avadanlıq və silahların, o cümlədən radar və ballistik SKAD raketlərinin görüntülərini yerləşdiriblər.

 

Qeyd edək ki, müxaliflər keçən həftə Hələb vilayətindəki Cerra hərbi aeroportunu və aeroportdakı onlarla qırıcı təyyarəni ələ keçiriblər.

 

# 1188
avatar

Oxşar yazılar