«AZAL» adı oyun alverində hallanan futbolçusunu Antalyaya aparmır
16 yanvar 2013 20:27 (UTC +04:00)

«AZAL» adı oyun alverində hallanan futbolçusunu Antalyaya aparmır

Bakının AZAL klubu ukraynalı futbolçu Ruslan Zubkovu Türkiyənin Antalya şəhərinə təlim-məşq toplantısına aparmayacaq. Bu haqda Lent.az-a komandanın baş məşqçisi Vaqif Sadıqov açıqlama verib.

 

O, bildirib ki, Zubkov zədə səbəbindən Tərlan Xəlilovla birgə Bakıda qalaraq fərdi qaydada hazırlıq keçəcək. Sadıqovun sözlərinə görə, 21 yaşlı legionerin Antalyaya aparılmaması Tovuzun “Turan” klubunun iddiaları ilə bağlı deyil: “Biz Zubkovla danışdıq. O dedi ki, “Turan”da çıxış etdiyi vaxt AZAL-dan oyun satmağa dair təklif alması barədə deyilənlər doğru deyil. Ruslan “Turan” rəhbərliyinə belə bir söz demədiyini söylədi”.

 

AZAL-ın baş məşqçisi Tovuz klubuna mesaj da göndərib: “Faktları varsa, ortaya qoysunlar. Müvafiq qurumlar da araşdırsın və lazımi ölçülər götürsün”.

 

Qeyd edək ki, “Turan”ın vitse-prezidenti Namiq Məstanov Topaz Premyer Liqasının XVIII turu öncəsi Ruslan Zubkovun AZAL-dan oyunu satmağa dair təklif almasına dair açıqlama verib. Onun sözlərinə görə, Zubkova “təyyarəçilər” 6 min manat pul təklif ediblər. Görüş isə 0:0 hesabı ilə nəticələnib.

 

 

 

# 660
avatar

Oxşar yazılar