Zaqatalada sahibsiz itlər bağçaya hücum etdi - VİDEO
17 iyul 2023 15:18 (UTC +04:00)

Zaqatalada sahibsiz itlər bağçaya hücum etdi - VİDEO

Zaqatala rayonunun Muğanlı kəndində sahibsiz itlər uşaq bağçasına hücum edib.

Lent.az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Bildirilir ki, bağça rəhbərliyi sahibsiz itlərin qorxusundan uşaqları həyətə buraxa bilmir.

Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müraciət etdik.

Qurumun ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Mahal Məmmədov Lent.az-a açıqlamasında bildirib ki, bağça rəhbərliyi məsələ ilə bağlı rayon İcra Hakimiyyətinə məlumat verib:

“İtlərin kənarlaşdırılması isə icra hakimiyyətinin kurasiyasında olan məsələdir”.

# 3699
avatar

Arzu Qurbanlı

Oxşar yazılar