Zaqatalada həyətlərə dolan sel
23 sentyabr 2021 14:24 (UTC +04:00)

Zaqatalada həyətlərə dolan sel

Zaqatalada evləri su basdı: FHN helikopteri hadisə yerində - VİDEO

Fövqəladə Hallar Nazirliyi Zaqatalada yaşanan ses fəlakəti ilə bağlı məlumat yayıb.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, sentyabrın 23-də gecə saatlarından başlayaraq Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Balakən və Zaqatala rayonlarının sakinlərindən küləklə müşayiət olunan intensiv yağışların yağması və yaranan fəsadların aradan qaldırılması ilə əlaqədar müraciətlər daxil olub.

Qəbul edilmiş müraciətlərlə əlaqədar olaraq, ilk növbədə, Fövqəladə Hallar Nazirliyi tərəfindən əməliyyat şəraitinin qiymətləndirilməsi aparılıb. Müəyyən olunub ki, intensiv yağan yağışlar nəticəsində Balakən, Katex, Mazım, Muxax və Tala çaylarında sululuq artıb, qısamüddətli daşqın və sel yaranıb, Balakən və Zaqatala rayonlarının bir neçə yaşayış məntəqəsində bəzi fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb.  

Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinə məxsus helikopter yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birgə xilasetmə, suçəkmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsinə cəlb olunub.

***

saat 11:15

Zaqatalanın Yolayrıc kəndi sel suları altında qalıb.

Bu barədə Lent.az-a kənd sakinləri məlumat verib.

Onların sözlərinə görə, güclü yağışlar nəticəsində kəndin yaxınlığından keçən çay daşıb. Nəticədə kənddəki evlərin həyətləri su altında qalıb.

Sakinlər qeyd edib ki, hətta bəzi yerlərdə sel suları evlərin içinə dolub.

Kənddən lentə alınan görüntüləri təqdim edirik:

Zaqatalada bir kəndi su basdı

# 9066
avatar

Mehman Nəbiyev

Oxşar yazılar