Yevlaxda 12 yaşlı oğlana tanımadığı şəxs tərəfindən məcburi narkotik verilib.
Lent.az xəzərxəbərə istinadla xəbər verir ki, bu iddianı azyaşlının anası Gülmirə Əliyeva irəli sürüb.
Onun sözlərinə görə, övladı mağazadan qayıdarkən uca boylu, qara geyimli şəxs əvvəlcə ona suallar verib, daha sonra isə ağzına nəsə sürtüb: “Dünən uşağım mağazaya gedib, qayıdanda arxasınca bir oğlan düşüb. O, əvvəlcə uşağa suallar verib, harada yaşadığını, yaşını soruşub. Daha sonra əlini oğlumun boynuna salaraq digər əli ilə ağzına nəsə sürtüb. Bu zaman uşaq qışqırıb, yerə tüpürüb. Həmin şəxs isə qaçıb. Uşaq oradaca huşunu itirib”.
Bildirilib ki, ətrafdakılar uşağa yardım göstərdikdən sonra o, evə qayıdaraq baş verənləri valideynlərinə danışıb: “Evə gəldi, pis vəziyyətdə idi. Dedi ki, “ana, ürəyim bulanır, başım gicəllənir”, sonra huşunu itirdi. Biz də həkimə apardıq, zəhərlənməyə qarşı sistem köçürdülər. Amma uşaq eyni vəziyyətdədir”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən qeyd edilib ki, hadisə barədə Yevlax rayon polis şöbəsində araşdırma aparılır.
Daha ətraflı “Xəzər Xəbər”in hazırladığı süjetdə: