Moskvada ana yeni doğduğu qızını satmağa cəhd edib.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, 29 yaşlı qadın mayın 8-də uşaq dünyaya gətirib və onu satmaq qərarına gəlib. Bunun üçün o, 39 və 46 yaşlı iki qadınla müqavilə bağlayıb. Alqı-satqı bazar ertəsi, mayın 15-də Lobnenskaya küçəsindəki ticarət mərkəzində baş tutub. Körpə satıldıqdan sonra ana və onun əlaltıları polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.
Körpə isə dövlət orqanlarının nəzarətindədir.