Xilasedicilər 2 meyit aşkarladı - əməliyyat GÖRÜNTÜLƏRİ
29 dekabr 2022 10:34 (UTC +04:00)

Xilasedicilər 2 meyit aşkarladı - əməliyyat GÖRÜNTÜLƏRİ

Fövqəladə Hallar Nazirliyi ötən gün görülmüş işlərlə bağlı məlumat yayıb.

Qurumdan Lent.az-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 31 yanğına çıxış və 8 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 6 nəfər xilas edilib, qəza-xilasetmə əməliyyatları zamanı 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

# 2535
avatar

Oxşar yazılar