Rusiyada qeyri-adi nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb. Onun barəsində inzibati protokol tərtib edilib.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, Krasnodar diyarında patrul xidmətinin əməkdaşları sərxoş halda yol boyu təkərli vannada hərəkət edən yerli sakini saxlayıblar.
Qeyd olunur ki, hadisə ötən gün Krılovski rayonunun Kuqoeyski kəndində baş verib. Sərxoş kişi vannaya “Suzuki” motoru qoyub və təkərlər bərkidərək, onu sürüb.
Qeyri-adi nəqliyyat vasitəsinin sürücüsünə qarşı inzibati protokol tərtib edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları onda sərxoşluq əlamətləri aşkar ediblər.
Nəqliyyat vasitəsi müsadirə edilərək xüsusi dayanacaqa göndərilib.