Unikal   toyuq yumurtası
16 iyun 2023 17:25 (UTC +04:00)

Unikal toyuq yumurtası

Avstraliyada qəribə formalı bir yumurta aşkar edilib.

Lent.az xəbər verir ki, avstraliyalı bir jurnalist marketdən aldığı yumurtanı şəxsi “Instagram” hesabında paylaşıb. Bu yumurta növünün milyardda bir göründüyü iddia olunur. 

Yumurtanın digərlərindən fərqli cəhəti onun çox yuvarlaq olmasıdır. 

“Bu gözəl tapıntını paylaşmalı olduğumu düşünürəm. Çoxlu yumurta aldım və onlardan biri belə yuvarlaq şəkildə çıxdı.

“Google”da sürətli axtarışdan sonra bunun milyardda bir yumurta olduğu ortaya çıxdı”, - jurnalist deyib. 

Sonra məlum olub ki, belə yumurtaları yaxşı qiymətə satmaq olar. Məsələn, 2015-ci ildə Böyük Britaniya sakini belə bir yumurtanı 480 funt sterlinqə(təxminən 1025 manat) satıb.
 

# 5451
avatar

Sevinc Fərid

Oxşar yazılar