Xarkov vilayətinə hücuma cəhd edən Rusiya Federasiyasının ilk mühafizəçi tank ordusu Ukrayna pilotsuz təyyarələrinin atəşinə məruz qalıb.
Lent.az-ın Ukrayna mediasına istinadla məlumatına görə, bu barədə “Avropa Həmrəyliyin” partiyasından olan deputat Aleksey Qonçarenko özünün “Telegram” səhifəsində yazıb.
Onun yazdığına görə, Rusiya ordusuna bu ərazidə Türkiyə istehsalı olan “Bayraktar” pilotsuz uçan aparatlarından zərbələr endirilib.