Gecə saatlarında Ukrayna PUA-ları Kremlə zərbə endirməyə cəhd edib.
Lent.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Rusiya hərbçiləri və xüsusi xidmət orqanları hücum edən iki pilotsuz təyyarəni sıradan çıxarıb. Məlumata əsasən, hücum nəticəsində itki olmayıb, dövlət başçısı xəsarət almayıb.