Danimarkada üçəmlərə hamilə olan Miçella Meyer-Morsi adlı qadının qarnı görənləri şoka salıb.
Lent.az xəbər verir ki, qadının qarnı müəyyən müddətdən sonra qəribə silindrik formaya çevrilib.
O, hamiləliyin gedişini sosial şəbəkələrdə aktiv izləyiciləri ilə paylaşıb. Onun videolarını istifadəçilər bəyənib və milyonlarla baxış toplayıb.
Mişella ilk dəfə 2018-ci ildə əkiz uşaq dünyaya gətirib. Onun sözlərinə görə, o, şiddətli ağrılardan əziyyət çəkirmiş və mədəsi çox böyüdüyü üçün 35-ci həftədə qeysəriyyə əməliyyatı keçirməli olub.
Maraqlıdır ki, ikinci hamiləliyinin və üçəmlərinin ilk aylarında Danimarkalı qadın mədə şəklinin yavaş-yavaş badam formasına çevrildiyini görüb. Doğuşdan bir gün əvvəl o, qarnı ilə son videosunu da yerləşdirib və körpələrlə görüşməzdən əvvəl həyəcanlı olduğunu etiraf edib.
Onun paylaşdığı video təxminən 140 milyon baxış toplayıb.