Türkiyənin Şanlıurfa şəhərinə leysan yağışları yağıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, yaranan sel səbəbilə bəzi küçə və qəbiristanlıqlar su ilə dolub. Halfeti, Bozova, Ceylanpınar və Suruç rayonlarında yağan güclü yağış səbəbindən nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb, bəzi evləri və iş yerlərini su basıb.
Bəzi kəndlərdə əkin sahələrinin də su altında qalaraq zədələndiyi bildirilir. Şanlıurfa şəhər mərkəzində isə yağış elə bir fəsada səbəb olmayıb.
Qeyd edək ki, martın 15-də güclü yağışlar nəticəsində yaranan sel Şanlıurfada 17 nəfərin həyatını son qoyub.