Xəbər verdiyimiz kimi, Türkiyə Daxili İşlər Nazirliyi Mühafizə Baş İdarəsinə terror hücumu olub.
Lent.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb ki, yerli vaxtla saat 09.30-də bina girişinə avtomobillə gələn iki terrorçu bombalı hücum edib.
Terrorçulardan biri özünü partladıb, digəri zərərsizləşdirilib.
Açılan atəş nəticəsində 2 polis yüngül yaralanıb.
Terrorçuların nazirliyin qarşısına gəldiyi avtomobili bomba zərərsizləşdirmə qrupları yoxlayır.
Lent.az CNN Türk-ə istinadən terrorçularla qarşıdurmanın görüntüsünü təqdim edir.