Türkiyədə qadınların cinsi orqanından  milyon yarımlıq qızıl çıxarıldı - VİDEO
08 oktyabr 2024 16:31 (UTC +04:00)

Türkiyədə qadınların cinsi orqanından milyon yarımlıq qızıl çıxarıldı - VİDEO

Türkiyənin İzmir şəhərinin hava limanında cinsiyyət orqanlarında 9 kq-dan çox qızıl keçirməyə cəhd edən 6 özbəkistanlı qadın saxlanılıb. Qızılları çıxarmaq üçün cərrahi müdaxilə tələb olunub.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, qadınlar Türkiyəyə Birləşmiş Ərəb Əmirliklərindən gəlib və oktyabrın 2-də onları qarşılayan kişi ilə birlikdə hava limanından çıxarkən saxlanılıblar.

Axtarış zamanı onlardan çəkisi 110 qram olan 82 ədəd qızıl külçə, oyun konsolları və smartfonlar aşkar edilib. Əlavə yoxlamalardan sonra məhbusların cinsiyyət orqanlarında eyni çəkidə daha 84 külçənin gizlədilməsi məlum olub. Məhkəmənin qərarı ilə cərrahi müdaxilə edilib, qadınların cinsi orqanlarından ümumilikdə 9 kq 240 qram qızıl çıxarılıb.

Müsadirə edilən qızılın ümumi dəyərinin 1,5 milyon dollar olduğu bildirilir. Bütün qaçaqmalçılar, o cümlədən kişi həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1374
avatar

Oxşar yazılar