Xocavənd rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tərk edilmiş mövqelərdən erməni hərbi qüvvələrinə məxsus partlayıci vasitələr aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları rayonun Tuğ kəndindəki meşə massivində 52 ədəd müxtəlif növ mərmi və 14000 ədəd avtomat patronu aşkar edərək Minatəmizləmə Agentliyinə təhvil verib.