Tramp səhnədə Baydeni təqlid etdi, SALON GÜLÜŞDÜ  - VİDEO
28 aprel 2023 16:28 (UTC +04:00)

Tramp səhnədə Baydeni təqlid etdi, SALON GÜLÜŞDÜ - VİDEO

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-Hempşir ştatında keçirilən mitinqdə gələn il keçiriləcək seçkilərdə yenidən prezidentliyə namizədliyini irəli sürəcəyini bəyan edən 80 yaşlı ABŞ prezidenti Co Baydeni təqlid edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Donald Tramp Co Baydeni ələ salıb.

Daha əvvəl yaşının çox olduğu üçün Co Baydeni “qoca” adlandıran Tramp bu dəfə prezidentinin unutqanlığını və sındırdığı əşyaları gündəmə gətirib. Nyu-Hempşirdə keçirilən mitinqdə ayaqlarını səhnədə qarışdıraraq çıxış yolunu tapmağa çalışırmış kimi davranan Tramp, "Hara gedirəm? Çölə çıxmaq istəyirəm. Çıxış buradı, yox deyil" deyə Baydenin yolunu tapmağa çalışdığı anları xatırladıb.

Onun təqlidi salonda gülüş doğursa da, Tramp Amerika siyasət tarixində Co Bayden kimi vicdansızın olmadığını iddia edərək, "O, sadəcə özünü və ailəsini zənginləşdirməyə çalışır. Görəsən niyə Çinlə bağlı heç nə etmədi. Çünki o, Çindən milyonlarla dollar alıb”.

Trump sahnede Bidenın taklidini yaptı, salon kahkahalara boğuldu

Onun irəliləyən yaşı və psixi sağlamlığı ilə bağlı narahatlıqlar ABŞ prezidenti Co Baydeni kürsüyə oturduğu gündən bəri təqib edir. 

80 yaşında olan ABŞ prezidenti Bayden bu yaxınlarda ikinci dəfə Amerikanı idarə etmək üçün namizədliyini rəsmən elan edib. Bayden seçicilərdən ona "başladığını başa çatdırmaq üçün daha çox vaxt vermələrini istəsə də, Respublikaçılar Partiyası Baydeni böhrandan sonra böhran yaratdığına və cəmiyyətdən "əlaqəsinin kəsilməsinə" görə tənqid edərək onu ələ salıb. Prezident Co Baydenin sələfi və rəqibi, Respublikaçı keçmiş prezident Donald Tramp 2022-ci il noyabrın 16-da prezidentliyə namizədliyini açıqlayıb.

Respublikaçılar Partiyasında 76 yaşlı Trampın ən yaxın rəqibi kimi Florida ştatının 44 yaşlı qubernatoru Ron DeSantisin adı çəkilir. Rəy sorğularında Trampdan geri qalan DeSantis hələ də namizədliyini açıqlamayıb. Keçmişdə Amerikanın siyasi dairələrində deyilirdi ki, prezident Bayden DeSantisə qalib gəlsə və Trampa qarşı güclü namizəd olarsa, ikinci dəfə prezidentliyə namizəd olmaq fikrində olmayacaq.

# 4011
avatar

Fidan İlqar

Oxşar yazılar