İranın təhsil müəssisələrində kütləvi zəhərlənmə halları davam edir.
Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, bu gün Təbrizin daha bir məktəbində kütləvi zəhərlənmə hadisəsi baş verib.
Belə ki, 20-yə yaxın məktəbli qız naməlum qazdan zəhərlənmə səbəbi ilə xəstəxanaya yerləşdirilib.
Təbrizin Sina Xəstəxanasına yerləşdirilən qızların vəziyyəti haqda hələlik bir məlumat yoxdur.