Sevgilisinə baxan oğlanı doğradı - VİDEO
29 iyun 2023 16:43 (UTC +04:00)

Sevgilisinə baxan oğlanı doğradı - VİDEO

Türkiyənin İstanbul şəhərində bıçaqlanma hadisəsi olub.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, 28 yaşlı Enes. O sevgilisi ilə birgə Taksim adlanan ərazidə gecə klublarından birinə gedib. Burada onunla 32 yaşlı Fatih. B arasında mübahisə yaşanıb. Mübahisəyə səbəb isə Fatihin Enesin sevgilisinə tərs baxması olub.

Mübahisə səbəbilə tərəflər klubdan çıxarılıb. Bu zaman Enes bıçaq çıxarıb və qarşı tərəf qaçıb. Lakin o, Fatihə çataraq onu bıçaqlayıb. Daha sonra zərərçəkmiş yenə qaça bilib və yenə Enes ona çatıb çoxsaylı bıçaq zərbələri yetirib.

Polis əməkdaşları tərəfindən Enes. O saxlanılıb. Zərərçəkmiş isə xəstəxanaya yerləşdirilib.

# 3045
avatar

Oxşar yazılar