Sərhədçilərimiz erməniləri belə yoxlayır - VİDEO
01 may 2023 00:00 (UTC +04:00)

Sərhədçilərimiz erməniləri belə yoxlayır - VİDEO

Azərbaycanın Laçın rayonunda Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsindən keçid təmin olunur.

Lent.az  xəbər verir ki, vətəndaşların sərhədi keçməsi qaydalara uyğun olaraq nizam-intizamla və nəzakətli şəkildə təşkil olunur.

Azərbaycan sərhədçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər.

Beləliklə, Ermənistan rəsmilərinin Qarabağ ermənilərinin “etnik təmizləməsi” və Laçın yolunun “blokadası” ilə bağlı iddiaları növbəti yalan təbliğatdan başqa bir şey deyil.

Laçın yolunda təhlükəsizlik və sərhəd keçidində nəzarət təmin olunub, qayda-qanun çərçivəsində sərhədi keçməkdə heç bir problem yoxdur.

 

# 1797
avatar

Oxşar yazılar