Rəhim Rəhimli dəfn edildi - VİDEO  - YENİLƏNİB
30 sentyabr 2022 13:55 (UTC +04:00)

Rəhim Rəhimli dəfn edildi - VİDEO - YENİLƏNİB

 

 

Müğənni Rəhim Rəhimli ilə öz evində vida mərasimi keçirilib.

Lent.az xəbər verir ki, mərasimdən sonra cənazəsi dəfn olunmaq üçün Suraxanı rayonu Bülbülə qəsəbəsinə aparılıb.

Dəfn mərasimində Rəhim Rəhimlinin ailə üzvləri, sənət yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***
Saat: 13:25

Mərhum müğənni Rəhim Rəhimli evindən son mənzilə yola salınıb.

Lent.az görüntüləri təqdim edir:

***
Saat: 12:35

Rəhim Rəhimli ilə vida mərasiminə onun sənət yoldaşları da qatılıb.

Lent.az xəbər verir ki, mərasimdə Xalq artisti Aygün Kazımova, müğənnilər, Zamiq Hüseynov, Vasif Məhərrəmli, Niyam Salami, Elza Seyidcahan, aparıcı Kamilə Babayeva, bəstəkar-aparıcı Murad Arif, aparıcı Zümrüd Bədəlova və başqaları iştirak ediblər.

***
Saat: 10:35

Xəbər verdiyimiz kimi, Azərbaycanın tanınmış müğənnisi Rəhim Rəhimli bu gün gecə saatlarında dünyasını dəyişib.

Lent.az xəbər verir ki, o, gecə Mərdanov qardaşları küçəsi 3-də yerləşən anası ilə yaşadığı mənzilində dünyasını dəyişib.

Yaxın dostu, qonşusu Mirzə Məmmədov onunla bağlı xatirələrini Lent.az-a bölüşüb:

“Mən Rəhimin üst qonşusuyam. 1997-ci ildən bəri tanıyıram onu. Gecə 3-də qardaşı Anar ilə danışdım, dedi ki, rəhmətə gedib. Məşhurlardan bir neçəsi gecə gəldilər, anasının yanında oldular. Səhər 6-7-də gediblər. 

Yadımdadır, mənim üçün Türkiyədən yaşıl rəngdə rolik alıb gətirmişdi. Sevinmişdim onda. Belə çox xatirələrimiz olub, hansını deyim? Deyirdi ki, qapının bir yanına sənin heykəlini qoyaq, bir yanına mənim(gülür).

Xəstəlikdən uzun müddət əziyyət çəkirdi. Müalicə alırdı. Allah rəhmət eləsin”.

Qeyd edək ki, mərhum ifaçı bu gün saat 12-də, dədə-baba torpağı Bülbülə qəbiristanlığında dəfn olunacaq.

***
Saat: 09:45

Ötən gecə dünyasını dəyişən müğənni Rəhim Rəhimli son mənzilə yola salınır. 

Lent.az-ın məlumatına görə, vida mərasimi müğənninin Bakının Səbail rayonunda yerləşən mənzilində keçirilir. 

Vida mərasimində mərhumun yaxınları və tanınmış sənət adamları işrtirak edir. 

R.Rəhimli bu gün saat 12-də Bülbülə qəbiristanlığında dəfn ediləcək. 

# 27576
avatar

Nigar Namiq

Oxşar yazılar

Narkotikin təsirində olan avtobus sürücüsü saxlanıldı - VİDEO

Narkotikin təsirində olan avtobus sürücüsü saxlanıldı - VİDEO

8 dekabr 2022 , 18:48
Gəlinlə bəyə yersiz zarafat:   Qum "atəşinə" tutdular - VİDEO

Gəlinlə bəyə yersiz zarafat: Qum "atəşinə" tutdular - VİDEO

8 dekabr 2022 , 16:24
Kəlbəcər qardan təmizlənir - VİDEO

Kəlbəcər qardan təmizlənir - VİDEO

8 dekabr 2022 , 12:03
Zaqatala SİLKƏLƏNDİ:  zəlzələ anı - VİDEO  - YENİLƏNİB

Zaqatala SİLKƏLƏNDİ: zəlzələ anı - VİDEO - YENİLƏNİB

8 dekabr 2022 , 11:30
Tavan çökdü: Fəhlə gözəllik salonuna  düşdü - VİDEO

Tavan çökdü: Fəhlə gözəllik salonuna düşdü - VİDEO

8 dekabr 2022 , 10:07
Ölüm olan qəzada kəndir qırıldı, "NİVA" dərəyə yuvarlandı - VİDEO

Ölüm olan qəzada kəndir qırıldı, "NİVA" dərəyə yuvarlandı - VİDEO

7 dekabr 2022 , 10:05
Bakı Yeni ilə hazırlaşır - FOTOLENT +VİDEO

Bakı Yeni ilə hazırlaşır - FOTOLENT+VİDEO

6 dekabr 2022 , 15:53
Bakıda 5 "Prius"  bir-birinə girdi - VİDEO

Bakıda 5 "Prius" bir-birinə girdi - VİDEO

6 dekabr 2022 , 14:03