Soçidə “Lamborghini Aventador” ağaca çırpılıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə dünən axşam saatlarında Kurortnı prospektində baş verib. Nəticədə İtaliya superkarının ön hissəsinə ciddi ziyan dəyib. Avtomobil evakuatorla aparılıb.
Hadisə nəticəsində 69 yaşlı sürücü xəsarət almayıb. İlkin məlumatlara görə, avtomobil Başqırdıstandan olan Rafael adlı iş adamının adınadır.
Sükan arxasında isə 28 yaşlı qız olub. Hadisənin səbəbinin yüksək sürət olduğu deyilir.
Araşdırma aparılır.