Qırmızıda saxlamadı, 3 nəqliyyat vasitəsini  divara çırpdı - HADİSƏ ANI
04 mart 2025 11:26 (UTC +04:00)

Qırmızıda saxlamadı, 3 nəqliyyat vasitəsini divara çırpdı - HADİSƏ ANI

Bakıda işıqforun qırmızı işığına məhəl qoymayan sürücülər qəzaya səbəb olub.

Lent.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Mərkəzin sektor müdiri Ömər Xıdırov bildirib ki, xüsusilə də işıqforun qırmızı işığından keçən bəzi sürücülərin 1-2 saniyə irəli düşmək istəyi özlərinin və digər hərəkət iştirakçılarının həyatına risk yaradır:

"Bakıda müxtəlif vaxtlarda baş verən bu qəzalara diqqət yetirdikdə görürük ki, istər minik avtomobilinin, istərsə də motosikletin sürücüsü işıqforun qadağanedici siqanalını heçə sayır və yolu gəldiyi sürətlə də keçir. İşıqforun qırımızı işığından keçməyin təhlükəli olması, bunun acı nəticələri ilə bağlı bir neçə dəfə videoməlumat paylaşmışıq. Ancaq təəssüflər olsun ki, bəzi sürücülər nədənsə işıqforların qırmızı işığından keçməyin nə qədər təhlükəli olduğunun fərqində deyillər. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi diqqətə çatdırırıq ki, işıqforun qırmızı işığından keçmək ağır fəsadlara səbəb ola bilər. Buna görə də işıqfora yaxınlaşdıqda sürəti azaltmalı, lazım olan təhlükəsizlik tədbirləri görməli və siqnalların tələblərinə riayət olunmalıdır".

Sözügedən qəza görüntülərini təqdim edirik:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2728

Oxşar yazılar